Konqoda Ebola yoluxmaları 4 mini keçdi
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı son sutkada daha 80 nəfər artaraq 4 053-ə çatıb.
Crossmedia.az xəbər verir ki, Konqo Demokratik Respublikasının Rabitə və Media Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, indiyədək Ebola virusundan 1 850 nəfər həyatını itirib. Hazırda ölüm göstəricisi 45,6 faiz təşkil edir.
Səhiyyə qurumları virusun yayılmasının qarşısını almaq üçün epidemiya əleyhinə tədbirləri davam etdirir.
16:02 07.08.2026
Oxunuş sayı: 52