Almaniya silah iddiasını təkzib etdi
Almaniya rəsmiləri Leypsiq hava limanında yaxınlığında dron aşkar edilən "Antonov" təyyarəsinin Ukraynaya silah daşıdığı barədə məlumatları təkzib ediblər.
Crossmedia.az xəbər verir ki, "Deutsche Welle" bu barədə məlumat yayıb.
Almaniya hakimiyyəti təyyarənin göyərtəsində nə silah, nə də sursat olduğunu bildirib. Bu məlumat Leypsiq hava limanının rəhbərliyi tərəfindən də təsdiqlənib.
Hava limanının açıqlamasında qeyd olunub ki, insident zamanı söhbət gedən "Antonov" təyyarəsi boş olub və heç bir yük daşımayıb.
11:47 07.08.2026
Oxunuş sayı: 53