Putin payızda NATO-ya qarşı addım ata bilər
ABŞ kəşfiyyatı Rusiyanın Ukraynada müharibə başa çatmamış NATO-ya qarşı məhdud əməliyyatlara başlama ehtimalını istisna etmir.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatı əvvəlki qiymətləndirməsini dəyişib. Əgər əvvəllər Kremlin Ukraynadakı müharibə bitmədən NATO ölkəsinə hücum etməyəcəyi düşünülürdüsə, indi belə bir ssenarinin mümkün olduğu hesab edilir.
Məlumata əsasən, söhbət mütləq genişmiqyaslı hərbi müdaxilədən getmir. Mümkün ssenarilər sırasında kiberhücumlar, hibrid əməliyyatlar, kiçik ərazi sahəsinin ələ keçirilməsi və ya Alyansın şərq cinahında məhdud hücumun həyata keçirilməsi göstərilir. Məqsədin NATO-nun 5-ci maddəni tətbiq etməyə hazırlığını yoxlamaq olduğu qeyd edilir.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, belə bir ssenari bu payızdan 2029-cu ilə qədər olan dövrdə baş verə bilər. Bununla belə, yaxın perspektivdə genişmiqyaslı hərbi müdaxilə ehtimalı hələ də aşağı qiymətləndirilir, lakin zaman keçdikcə riskin artdığı vurğulanır.
11:42 07.08.2026
Oxunuş sayı: 67