Analitik: ABŞ-nin silah ehtiyatları sürətlə tükənir
ABŞ-nin silah ehtiyatlarının təhlükəli səviyyədə azaldığı və yeni hərbi əməliyyatların bu vəziyyəti daha da ağırlaşdıra biləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Consonun sözlərinə görə, Vaşinqtonun silah ehtiyatlarının kifayət qədər olduğu barədə səsləndirilən açıqlamalar reallığı əks etdirmir.
“ABŞ silah ehtiyatlarını tükəndirir, baxmayaraq ki, bizə bunun əksini deyirlər. Bu, cəfəngiyyatdır. Biz əlimizdə olmayan hərbi gücdən istifadə etmək istəyirik. Əgər bunu etsək, ehtiyatlarımız elə səviyyəyə enəcək ki, onları bərpa etmək üçün iki-üç il lazım olacaq”, – deyə Larri Conson bildirib.
16:11 05.08.2026
Oxunuş sayı: 63