Miqrantlara çimərlikdə ərzaq paylanır
İspaniyanın Seuta şəhərində könüllülər müvəqqəti yerləşdirmə mərkəzinə köçürülməyi gözləyən qanunsuz miqrantlara ərzaq yardımı göstərirlər.
Crossmedia.az xəbər verir ki, Rusiyanın "TASS" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, ərzaq paylanması Seutanın Playa-del-Trampolin çimərliyində təşkil olunub. Burada toplaşan çoxsaylı miqrant yeni yaradılmış müvəqqəti yerləşdirmə mərkəzinə köçürülməsini gözləyir.
Könüllülər miqrantları ərzaq və digər zəruri ləvazimatlarla təmin edirlər. Humanitar yardım Seutada son günlər yaşanan miqrasiya böhranı fonunda həyata keçirilən dəstək tədbirlərinin bir hissəsidir.
16:04 05.08.2026
Oxunuş sayı: 58