Vyanada Rusiya ilə Ukrayna müzakirə olundu
Keçmiş yüksəkvəzifəli rəsmilərdən ibarət Böyük Britaniya, Fransa və Almaniyanın ("Avropa üçlüyü") nümayəndələri Vyanada Rusiya rəsmiləri ilə görüşərək Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Məlumata görə, görüş Ukrayna tərəfinin razılığı ilə keçirilib. Bildirilir ki, Kiyev Kreml ilə birbaşa təmas qurmağa çalışdığı üçün bu görüş həmin səylərin tərkib hissəsi olub.
14:22 05.08.2026
Oxunuş sayı: 67