Körfəz ölkələrinin diplomatiyası Trampı dayandırdı
ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırdığı yeni hərbi zərbələri son anda dayandırdığı bildirilir. Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüsləri Vaşinqtonu hərbi planları təxirə salmağa sövq edib.
Crossmedia.az xəbər verir ki, "India Today" bu barədə məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası İrana qarşı yeni hava hücumlarına hazırlaşarkən, Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələri Vaşinqtonu hərbi eskalasiyadan çəkinərək diplomatik səylərə vaxt verməyə çağırıb.
Xəbərdə qeyd olunur ki, xüsusilə Qətərin ABŞ ilə İran arasında apardığı qeyri-rəsmi danışıqlar son günlər intensivləşib və tərəflər arasında yeni müzakirə platformasının formalaşdırılması istiqamətində iş aparılır.
Donald Tramp da "Truth Social" platformasında paylaşdığı açıqlamada İrana qarşı planlaşdırılan hücumların dayandırıldığını təsdiqləyib. O bildirib ki, bölgədəki müttəfiq ölkələr razılıq əldə olunması üçün Vaşinqtondan vaxt istəyiblər.
"Associated Press"in məlumatına görə, Tramp Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin diplomatik təmaslarından sonra hərbi variantı hələlik gündəmdən çıxardığını bəyan edib.
11:58 05.08.2026
Oxunuş sayı: 63