Ukraynada ev böhranı: Mənzil yox, sığınacaq axtarırlar
Ukraynada mənzil qiymətləri artmaqda davam etsə də, bu tendensiya ölkənin bütün bölgələrində müşahidə olunmur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərb vilayətlərində mənzillər bahalaşdığı halda, cəbhə xəttinə yaxın ərazilərdə bazar əsasən dövlət proqramlarının hesabına fəaliyyət göstərir.
Kiyevdə isə davamlı atəşə tutulma səbəbindən bəzi mikrorayonlarda mənzil bazarı demək olar ki, dayanıb. İnsanlar həm ev almaqdan, həm də kirayə götürməkdən çəkinirlər.
Hazırda ukraynalılar mənzil seçərkən qiymət və ərazi ilə yanaşı, sığınacağın, ehtiyat elektrik enerjisi və suyun olub-olmamasına, eləcə də ərazinin nə qədər tez-tez atəşə tutulduğuna diqqət yetirirlər.
Mənzil bazarına nəqliyyat xərclərinin artması və 2027-ci ildən kirayəyə tətbiq olunacaq yeni verginin də təsir göstərəcəyi bildirilir.
20:24 04.08.2026
Oxunuş sayı: 55