Ukrayna bölünür? – ABŞ nəşrindən diqqətçəkən iddia
Serbiya Ukraynanın bölünməsi ilə bağlı ssenarinin artıq reallığa çevrildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “Politika” bu barədə məlumat yayıb.
Məqalədə Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın gələcəyi ilə bağlı əvvəlki bəyanatlarına istinad edilərək, ölkənin şərq və qərb hissələrinə bölünməsinin artıq faktiki olaraq baş verdiyi irəli sürülür.
Nəşrin iddiasına görə, tam formalaşmasa da, Ukraynanın şərq hissəsinin Moskvanın nəzarətinə keçəcəyi ehtimal olunur. Məqalədə həmçinin Qərb ölkələrinin də Ukrayna ərazilərinə maraq göstərdiyi iddia edilir.
Yazıda Polşanın ərazi iddialarını açıq şəkildə ifadə etdiyi, Rumıniya və Macarıstanın da gələcəkdə oxşar addımlar ata biləcəyi vurğulanır.
18:20 04.08.2026
Oxunuş sayı: 54