Zelenski Rusiyanı ittiham etdi: Mülki şəxsləri məqsədli şəkildə...
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı Xersonda küçədə tərəvəz satan şəxsi dronla məqsədli şəkildə vurmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya hər gün Xerson sakinlərinə qarşı dron hücumları həyata keçirir və beynəlxalq ictimaiyyət buna qəti reaksiya verməlidir.
Prezident bildirib ki, dron hücumu nəticəsində küçədə tərəvəz satan kişi yaralanıb. Onun sözlərinə görə, Rusiya hərbçiləri mülki şəxslərə qarşı bu cür hücumların videogörüntülərini açıq şəkildə paylaşır və bunu gizlətmirlər.
Zelenski Finlandiya, Qazaxıstan, Baltik ölkələri, Polşa, Rumıniya, Moldova və Cənubi Qafqaz dövlətlərini təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb.
17:54 04.08.2026
Oxunuş sayı: 47