Rusiya: Qərbdən Ukrayna ilə bağlı konstruktiv təkliflər eşitmirik
Rusiya Qərb ölkələrinin Ukrayna ilə bağlı hələ də konstruktiv təkliflər irəli sürmədiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "TASS"a açıqlamasında bildirib.
Qaluzinin sözlərinə görə, Qərb ölkələrinin hakim dairələri bəzən qəbuledilməz üslubda, ultimatum xarakterli və öyrədici tonda dialoq aparmağa çalışırlar.
O qeyd edib ki, Qərb Rusiyaya təzyiq siyasəti ilə təsir göstərə biləcəyini düşünür, lakin Moskva bu yanaşmanı qəbul etmir.
Nazir müavini əlavə edib ki, Rusiya tərəfi Ukrayna ilə bağlı yalnız qarşılıqlı hörmətə əsaslanan və konstruktiv dialoqun tərəfdarıdır.
09:51 04.08.2026
Oxunuş sayı: 49