Ukrayna şirkətinin rəhbəri İrana hədə mesajı verdi
Ukraynanın Fire Point şirkətinin rəhbəri Denis Ştilerman İrana yönəlmiş hədələyici paylaşım edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ştilerman "Flaminqo" raketlərinin 3 min kilometr məsafəni qət edə bildiyini bildirib. O, Ukraynadan İrana doğru uçan flaminqoların təsvir olunduğu şəkli paylaşaraq, "Flaminqolar İranda yaşayırmı? Bunu tezliklə öyrənəcəyik" sözlərini yazıb.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bununla bağlı İran rəsmilərindən hələlik hər hansı rəsmi açıqlama verilməyib.
10:23 02.08.2026
Oxunuş sayı: 72