Vaşinqton ştatında meşə yanğını nəzarətdən çıxır
ABŞ-nin Vaşinqton ştatında genişmiqyaslı meşə yanğını baş verib. Alovun Spokane şəhəri yaxınlığında sürətlə yayıldığı bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli xilasedici radiostansiyaların məlumatına görə, artıq bir neçə yaşayış evi alovun təsiri altına düşüb.
Hazırda xilasedicilər və yanğınsöndürənlər alovun yaşayış məhəllələrinə doğru irəliləməsinin qarşısını almaq üçün ərazidə intensiv iş aparırlar. Yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.
11:08 02.08.2026
Oxunuş sayı: 76