Mirşaymer Ukrayna üçün ağır nəticələrdən danışdı
ABŞ-nin Çikaqo Universitetinin professoru Con Mirşaymer Rusiyanın Ukraynanın Qara dənizdəki bütün limanlarını blokladığını və bunun Kiyev üçün ciddi nəticələr doğuracağını iddia edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, professor bu səbəbdən Ukraynanın artıq dənizə çıxışı olmayan ölkəyə çevrildiyini bildirib. Onun sözlərinə görə, Odessa limanı vasitəsilə Ukraynanın ümumi ixracının təxminən 70 faizi həyata keçirilirdi.
Mirşaymer qeyd edib ki, Qara dəniz limanlarının bloklanması Ukrayna iqtisadiyyatına ağır zərbə vuracaq. O, Odessa limanının ölkənin xarici ticarətində mühüm rol oynadığını vurğulayıb.
10:11 02.08.2026
Oxunuş sayı: 55