Rusiyanın dörd hava limanında məhdudiyyət tətbiq edildi
Rusiyanın Penza, Samara, Saratov və Ulyanovsk şəhərlərində yerləşən hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Crossmedia.az xəbər verir ki, Penza, Samara ("Kurumoç"), Saratov ("Qaqarin") və Ulyanovsk ("Baratayevka") hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti dayandırılıb.
Qeyd olunub ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Rusiya KİV-lərinin məlumatına görə, bu cür məhdudiyyətlər adətən bölgələrdə pilotsuz uçuş aparatları (PUA) təhlükəsi elan edildikdə tətbiq olunur. Avqustun 2-nə keçən gecə Saratov və Engels şəhərlərinə PUA hücumu nəticəsində mülki infrastruktur obyektlərinə ziyan dəyib, xəsarət alanların olduğu bildirilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi avqustun 2-nə keçən gecə hava hücumundan müdafiə qüvvələrinin ölkənin müxtəlif regionları, həmçinin Qara və Azov dənizləri üzərində Ukraynaya məxsus 274 pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı. Ukrayna tərəfi isə bu məlumatı şərh etməyib.
09:37 02.08.2026
Oxunuş sayı: 84