Rubio Ukrayna danışıqları ilə bağlı tarix açıqladı
ABŞ dövlət katibi Marko Rubio yaxın həftələr ərzində Ukrayna münaqişəsi ilə bağlı danışıqların bərpası imkanlarının qiymətləndirilməsi istiqamətində addımlar atılacağını bildirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb. Rubio qeyd edib ki, yaxın həftələrdə diplomatik səylərin davam etdirilməsi və danışıqların bərpası perspektivlərinin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görüləcək.
O, prosesin detalları və planlaşdırılan addımlar barədə əlavə məlumat verməyib.
09:13 02.08.2026
Oxunuş sayı: 67