Seuta yolunda miqrant ölənlərin sayı 67-yə çatıb
İspaniyanın Seuta muxtar bölgəsinə keçməyə çalışan miqrantlar arasında ölənlərin sayının 67 nəfərə çatdığı bildirilib.
Crossmedia.az xəbər verir ki, İspaniyanın "El País" qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə miqrantların Mərakeşdən İspaniyanın nəzarətində olan Seuta bölgəsinə keçmək cəhdi zamanı baş verib.
Hadisə ilə bağlı təfərrüatlar açıqlanmasa da, miqrant axınlarının qarşısının alınması və sərhəd təhlükəsizliyi məsələləri yenidən gündəmə gəlib. İspaniya və Mərakeş sərhədində bu cür cəhdlər zaman-zaman insan itkiləri ilə nəticələnir.
12:53 01.08.2026
Oxunuş sayı: 51