Kiyevdə ölənlərin sayı 9-a çatıb
Rusiyanın gecə saatlarında Kiyevə həyata keçirdiyi kütləvi hücum nəticəsində ölənlərin sayı 9-a, yaralananların sayı isə 28-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bu barədə məlumat yayıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, yaralananlar arasında dörd uşaq da var. Yaralılardan 17-si xəstəxanaya yerləşdirilib, digərlərinə isə ambulator və ya hadisə yerində tibbi yardım göstərilib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.
Xilasedicilər indiyədək dağıntılar altından 105 nəfəri xilas ediblər. İşlər hücumun baş verdiyi ərazilərdə fasiləsiz davam etdirilir.
11:07 01.08.2026
Oxunuş sayı: 54