Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 1 500-ü keçib
Konqo Demokratik Respublikasının şərqində yayılan Ebola epidemiyası nəticəsində 1 500-dən çox insan həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların yaydığı rəsmi məlumatda bildirilir.
Məlumata görə, indiyədək ölkədə 3 442 yoluxma halı qeydə alınıb, onlardan 1 521-i ölümlə nəticələnib.
Bildirilib ki, epidemiya hazırda təsdiqlənmiş peyvəndi və ya təsdiq edilmiş müalicə üsulu olmayan "Bundibudjo" ştamı ilə əlaqədardır. Səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün əlavə tədbirlərin görüldüyünü qeyd ediblər.
16:26 30.07.2026
Oxunuş sayı: 43