Zelenskinin valideynləri ilə bağlı saxta video yayılıb
Sosial şəbəkələrdə Euronews loqosundan istifadə edilərək Ukrayna Prezidenti Volodimir Zelenskinin valideynlərinin korrupsiya istintaqına cəlb olunduğunu iddia edən saxta video yayılıb.
Crossmedia.az xəbər verir ki, faktyoxlama aparan mütəxəssislər Euronews-un belə bir xəbər hazırlamadığını, videodakı səsləndirmənin isə süni intellekt vasitəsilə yaradıldığını müəyyən ediblər.
Ukrayna rəsmiləri videonun Rusiyanın dezinformasiya kampaniyasının tərkib hissəsi olduğunu bildiriblər. Onların sözlərinə görə, məqsəd nüfuzlu media qurumlarının adından istifadə etməklə Ukraynanın beynəlxalq imicinə zərbə vurmaq və ölkəyə xarici dəstəyi zəiflətməkdir. Qeyd olunub ki, daha əvvəl də Prezident Volodimir Zelenski və ailəsini hədəf alan oxşar saxta xəbərlər və deepfake videolar yayılıb.
08:32 30.07.2026
Oxunuş sayı: 55