Zelenski: Krımın qaytarılması hazırda gündəmdə deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Krımın geri qaytarılması məsələsinin hazırda əsas gündəmdə olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski “Fox News” telekanalına müsahibəsində danışıb.
“Təəssüf ki, yox. Yaxud hələlik yox – baxarıq, bilmirəm. Bu torpaq çox vacibdir. Bu, bizim ərazimizdir. Bu, bizim tariximizdir. Amma ən vacibi insanları itirməməkdir”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, Krımın ölkəsi üçün mühüm əhəmiyyəti var, lakin hazırda əsas prioritet insanların həyatının qorunmasıdır.
12:38 29.07.2026
Oxunuş sayı: 49