Kiyevdə güclü partlayışlar: Enerji obyektləri hədəfə alındı
Ukraynanın paytaxtı Kiyevdə ardıcıl güclü partlayışlar baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "RT" Ukrayna KİV-lərinə istinadən məlumat yayıb.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, şəhərdə hava həyəcanı elan olunub.
"Operasiya Z: Russkoy Vesnı" hərbi müxbirlərinin "Telegram" kanalının məlumatına görə, Rusiya ordusuna məxsus reaktiv dronlar Kiyev İstilik Elektrik Mərkəzi-5 (İEM-5) və digər kritik infrastruktur obyektlərinə hücum edib.
Bildirilir ki, zərbələr əsasən enerji və istilik təchizatı obyektlərinə yönəlib. Rəsmi qurumlar hadisənin nəticələri ilə bağlı hələlik açıqlama verməyiblər.
11:05 28.07.2026
Oxunuş sayı: 45