ABŞ-nin İrana qarşı əməliyyatında yaralanan hərbçilərin sayı 624-ə çatıb
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı yaralanan amerikalı hərbçilərin sayı 624 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumatlarına istinadən bildirilib.
Məlumata görə, əməliyyatlar fonunda ABŞ hərbçiləri arasında xəsarət alanların sayı artıb. Pentaqon itkilərlə bağlı məlumatları təqdim edərkən əməliyyatların gedişi və hərbi fəaliyyətlərlə bağlı detalları məhdud şəkildə açıqlayır.
Qeyd olunur ki, Vaşinqtonun İrana qarşı hərbi addımları regionda gərginliyi artırıb və tərəflər arasında mümkün eskalasiya ilə bağlı narahatlıqlar davam edir.
12:06 27.07.2026
Oxunuş sayı: 67