Tbilisi Aİ-nin Kulevidəki NEZ-lə bağlı sanksiyasına etiraz edib
Gürcüstan hökuməti Avropa İttifaqının Kulevi limanında yerləşən "Black Sea Petroleum" neft emalı zavodunu Rusiyaya qarşı 21-ci sanksiya paketinə daxil etməsindən narazılığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, "Telegraph Agency" bu barədə məlumat yayıb.
Məlumata görə, Tbilisi Brüsselin qərarını təəssüf doğuran addım kimi qiymətləndirib və bunun ölkə iqtisadiyyatına mənfi təsir göstərə, həmçinin mühüm infrastruktur layihələrinin icrasını ləngidə biləcəyini bildirib.
Gürcüstan tərəfi vurğulayıb ki, "Black Sea Petroleum" müəssisəsi qanuni fəaliyyət göstərir və ölkə üçün strateji əhəmiyyət daşıyır.
17:47 24.07.2026
Oxunuş sayı: 57