Çin 14 Avropa şirkətinə məhdudiyyət tətbiq edib
Çin Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar paketinə Çin şirkətlərini daxil etməsinə cavab olaraq 14 Avropa şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Pekinin məhdudiyyət tətbiq etdiyi şirkətlər arasında Almaniyanın silah istehsalçısı Rheinmetall, İtaliyanın elektrik mühərrikləri istehsalçısı Lafert və Fransanın pilotsuz uçuş aparatları hazırlayan Cavok UAS şirkəti yer alıb.
Sanksiyalar həmçinin Polşa, Niderland, Çexiya, Bolqarıstan və Litvadan olan şirkətləri də əhatə edir.
Ümumilikdə, Çinin tətbiq etdiyi məhdudiyyətlər 14 Avropa şirkətini əhatə edir.
17:13 24.07.2026
Oxunuş sayı: 61