Mask: Süni intellekt artıq proqramçıların 90%-dən üstündür
Amerikalı sahibkar İlon Mask süni intellektin artıq proqramçıların böyük əksəriyyətindən daha yüksək nəticə göstərdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "The Economist" bu barədə məlumat yayıb.
Maskın sözlərinə görə, hazırda süni intellekt proqramçıların təxminən 90 faizini geridə qoyur və yaxın gələcəkdə bu göstərici 99 faizə çata bilər.
O hesab edir ki, süni intellektin inkişaf tempi nəzərə alınarsa, onunla rəqabət aparmaq getdikcə daha çətin olacaq.
17:56 24.07.2026
Oxunuş sayı: 56