Mask: Müharibədə mələklər olmur
Amerikalı sahibkar İlon Mask Rusiya-Ukrayna münaqişəsinin tarixini dərindən araşdırdıqdan sonra müharibələrdə tam haqlı tərəfin olmadığını düşündüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, "The Economist" bu barədə məlumat yayıb.
Mask nəşrə müsahibəsində bildirib ki, münaqişənin tarixi fonunu araşdırdıqdan sonra köhnə bir həqiqətə bir daha əmin olub.
"Mən Rusiya ilə Ukrayna arasındakı münaqişənin tarixini dərindən öyrəndim və bir daha köhnə həqiqətə əmin oldum: müharibədə mələklər olmur", – deyə o vurğulayıb.
Mask son günlər verdiyi açıqlamalarda Ukraynadakı münaqişənin praqmatik yanaşma və tərəflərin güzəştləri olmadan başa çatmasının mümkün olmadığını da bildirmişdi.
16:48 24.07.2026
Oxunuş sayı: 55