KİV: İran ABŞ-nin atəşkəs təklifini rədd edib
İran ABŞ-nin İraq vasitəsilə göndərdiyi atəşkəs təklifini qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, bu yaxınlarda Ağ evi ziyarət edən İraqın baş naziri Tehrana Vaşinqtonun atəşkəs təklifini çatdırıb.
Məlumata əsasən, İran tərəfi həmin təşəbbüsü rədd edib.
Məqalədə təklifin detalları və Tehranın imtinaya dair rəsmi əsaslandırması barədə əlavə məlumat verilmir.
16:43 24.07.2026
Oxunuş sayı: 53