Lavrov və Əraqçi Fars körfəzindəki gərginliyi müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi Fars körfəzində yaranmış gərginliyi müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, görüş Qırğızıstanın Çolpon-Ata şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.
Rusiya XİN-in məlumatına görə, Lavrov regionda sabitliyin, təhlükəsizliyin və maneəsiz gəmiçiliyin bərpası naminə hərbi əməliyyatların mümkün qədər tez dayandırılması ilə bağlı dayanıqlı razılaşmaların əldə edilməsinin vacibliyini vurğulayıb.
16:38 24.07.2026
Oxunuş sayı: 51