Rumıniya üzərində naməlum PUA vurulub
Rumıniya hava məkanında mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) vurulub.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, insident iyulun 24-də səhər saatlarında baş verib. Onun sözlərinə görə, PUA Rumıniya hava məkanında "F-16" qırıcısı tərəfindən məhv edilib.
Prezident pilotsuz aparatın mənşəyi ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.
16:54 24.07.2026
Oxunuş sayı: 54