Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişi üçün yeni şərt irəli sürüb
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə imzalanmış nüvə sazişinin təsdiqlənməsi üçün yeni şərt irəli sürərək administrasiyasının danışıqlar qrupunu gözlənilməz vəziyyətdə qoyub.
Crossmedia.az xəbər verir ki, "CNN" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp hətta öz danışıqlar qrupunun da gözləmədiyi şəkildə nüvə sazişinin təsdiqi üçün Ər-Riyadın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “Avraam sazişləri”nə qoşulmasını tələb edib.
Telekanalın mənbələrinin sözlərinə görə, Trampın bu bəyanatı administrasiyanın nüvə sazişi üzrə danışıqlar aparan nümayəndələrini təəccübləndirib.
Ağ Evin mətbuat katibi Karolayn Levitt cümə axşamı Trampın açıqlamasını təsdiqləyib. O bildirib ki, yekun qərarı həmişə prezident verir və Səudiyyə Ərəbistanı İsraillə diplomatik münasibətləri normallaşdırmasa, saziş baş tutmayacaq.
Bundan əvvəl Donald Tramp Truth Social sosial şəbəkəsində də bəyan etmişdi ki, ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişini yalnız Ər-Riyadın “Avraam sazişləri”nə qoşulacağı təqdirdə təsdiqləyəcək.
16:24 24.07.2026
Oxunuş sayı: 50