Peskov: Rusiya tam qələbəyədək irəliləyəcək
Rusiya Ukraynada münaqişənin sülh yolu ilə həlli perspektivləri olmadığı təqdirdə hərbi əməliyyatları tam qələbəyədək davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikirləri "Rossiya" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində səsləndirib.
Peskov bildirib ki, Moskva məqsədlərinə hərbi vasitələrlə nail olmağa davam edir, lakin sülh yolu ilə nizamlanma hələ də Rusiya üçün üstünlük təşkil edən variant olaraq qalır.
"Sülh perspektivləri olmadığı şəraitdə biz sona qədər, tam qələbəyədək irəliləyəcəyik", – deyə Kremlin sözçüsü vurğulayıb.
16:08 24.07.2026
Oxunuş sayı: 56