Moskva aeroportlarında 120-dən çox reys gecikib
Gecə saatlarında tətbiq olunan məhdudiyyətlər səbəbindən Moskvanın əsas aeroportlarında 120-dən çox reys gecikib.
Crossmedia.az xəbər verir ki, "Lenta.ru" bu barədə məlumat yayıb.
Məlumata görə, "Vnukovo" hava limanında 13 reysin yola düşməsi, 15 reysin isə enməsi gecikir. Aeroportda saat 10:00-dan etibarən qismən məhdudiyyətlər qüvvədədir.
"Şeremetyevo" hava limanında 30 reysin uçuşu təxirə salınıb, 50-dən çox təyyarənin enişi gecikir. Kalininqrad, Orsk və Urfa istiqamətinə bəzi reyslər isə ləğv edilib.
"Domodedovo" hava limanında 16 gələn reys gecikir, Sankt-Peterburq istiqamətində bir reys ləğv olunub. Hazırda bu hava limanında məhdudiyyətlər aradan qaldırılıb.
Bundan başqa, Kalininqradın "Xrabrovo" hava limanında da 45 reysin cədvəli dəyişdirilib, daha 6 reys ləğv edilib. Dəyişikliklər əsasən Moskva və Sankt-Peterburq istiqamətlərinə aid uçuşları əhatə edir.
15:44 24.07.2026
Oxunuş sayı: 49