Zaxarova Maska Ukraynada "Starlink"i söndürməyə çağırıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova amerikalı sahibkar İlon Maskı Ukrayna ərazisində "Starlink" peyk rabitəsi xidmətini dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Zaxarovanın bu çağırışı Maskın Ukraynadakı münaqişənin Moskvanın güzəştləri nəzərə alınmadan başa çata bilməyəcəyi barədə səsləndirdiyi fikirlərdən sonra gəlib.
Rusiya XİN sözçüsü hesab edir ki, əgər Mask münaqişə ilə bağlı mövqeyində ardıcıldırsa, Ukraynada "Starlink" xidmətinin fəaliyyətini də dayandırmalıdır.
15:28 24.07.2026
Oxunuş sayı: 47