Banqladeş prezidenti istefa verib
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu səhhəti ilə bağlı vəzifəsindən istefa verib.
Crossmedia.az xəbər verir ki, ''TASS'' bu barədə məlumat yayıb.
Banqladeş mediasının məlumatına görə, prezident istefasını xəstəliyi ilə əlaqələndirib. Şahabuddin Çuppunun sözləri bdnews24 portalı tərəfindən yayımlanıb.
“Xəstəyəm, buna görə hər şey bitdi”, - deyə prezident bildirib.
Qeyd edək ki, Məhəmməd Şahabuddin Çuppu 2023-cü ildən Banqladeş Prezidenti vəzifəsini tuturdu.
15:16 24.07.2026
Oxunuş sayı: 53