Belarusda hərbi avtomobilin iştirakı ilə baş verən qəzada 2 nəfər ölüb
Belarusda hərbi avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Belarus İstintaq Komitəsinin məlumatına görə, qəza nəticəsində iki nəfər hadisə yerində həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar istintaq çərçivəsində müəyyənləşdirilir.
14:21 24.07.2026
Oxunuş sayı: 51