Ukraynalı siyasətçi: Zelenski özünü güclü göstərməyə çalışır, lakin...
Ukraynanın keçmiş deputatı Viktor Medvedçuk hesab edir ki, “Kartonlu Maydan” adlandırdığı hadisələr fonunda prezident Volodimir Zelenskinin hakimiyyət şaqulisi zəifləyib.
Crossmedia.az xəbər verir ki, ''RİA Novosti'' bu barədə məlumat yayıb.
Medvedçukun sözlərinə görə, hadisələr Ukrayna rəhbərliyinin idarəetmə sisteminə ciddi təsir göstərib. O iddia edib ki, Zelenski hazırda “müdafiə olunur, özünü güclü göstərməyə çalışır, lakin bir mövqeni digərinin ardınca təhvil verir”.
Siyasətçi bu açıqlaması ilə Ukraynada hakimiyyət daxilində baş verən prosesləri və prezident administrasiyasının vəziyyətini şərh edib.
Qeyd edək ki, Viktor Medvedçuk Ukraynanın keçmiş siyasətçisidir və Rusiya ilə yaxın əlaqələri ilə tanınır.
13:15 24.07.2026
Oxunuş sayı: 52