Lavrov və Əraqçi Qırğızıstanda görüşür
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Abbas Əraqçi Qırğızıstanda görüş keçirir.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutur.
Tərəflərin regional təhlükəsizlik, ikitərəfli münasibətlər və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə etdikləri gözlənilir.
12:25 24.07.2026
Oxunuş sayı: 163