Qalibafdan Yaxın Şərqə sərt mesaj: Ya hamı, ya heç kim
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin təhlükəsizliyi təmin olunmayacağı təqdirdə regionda heç bir enerji və nəqliyyat infrastrukturunun təhlükəsiz olmayacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Qalibaf bildirib ki, İranın neft sata bilmədiyi bir bölgədə başqa ölkələrin də neft ixrac etməsi mümkün olmayacaq.
"Əgər bizim təhlükəsizliyimiz təmin edilməsə, heç bir infrastruktur təhlükəsiz qalmayacaq. Boğaz yalnız Amerika qüvvələri olmadan təhlükəsiz ola bilər", – deyə o vurğulayıb.
İran parlamentinin sədri əlavə edib ki, regiondakı qarşıdurma artıq "ya hamı, ya heç kim" prinsipi mərhələsinə qayıdıb.
12:46 24.07.2026
Oxunuş sayı: 38