ABŞ-nin İrana endirdiyi gecə zərbələrinin xəritəsi yayıldı
ABŞ ordusunun iyulun 24-nə keçən gecə İran ərazisinə endirdiyi zərbələrin xəritəsi yayılıb. Xəritədə hücumların əsas istiqamətləri və hədəf alınan bölgələr göstərilib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, zərbələr əsasən İranın cənub və cənub-qərbində yerləşən hərbi obyektləri əhatə edib. Hücumların Qeşm adası, Bəndər-Abbas, Əhvaz, Əndimeşk və Omidiyyə ətrafındakı hədəflərə yönəldiyi bildirilir.
ABŞ-nin rəsmilərinin açıqlamasına görə, əməliyyatın məqsədi İranın hərbi infrastrukturuna zərbə vurmaq olub.
İran tərəfi isə hücumların nəticələri ilə bağlı araşdırmaların davam etdiyini, zərər dəyən obyektlərlə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.
12:42 24.07.2026
Oxunuş sayı: 39