ABŞ Ukrayna-Rusiya danışıqları üçün yeni sülh planı hazırlayır
ABŞ administrasiyası Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması məqsədilə yeni sülh planı üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, "The Daily Telegraph" bu barədə məlumat yayıb.
Məlumata görə, yeni təşəbbüs tərəflər arasında danışıqların bərpasına və uzunmüddətli atəşkəs üçün şəraitin yaradılmasına yönəlib.
Nəşr yazır ki, planın detalları hələ açıqlanmasa da, sənəd üzərində iş davam edir və onun yaxın vaxtlarda müzakirəyə çıxarılması gözlənilir.
12:32 24.07.2026
Oxunuş sayı: 30