ABŞ administrasiyası rəsmiləri Rusiyaya səfər edə bilər
ABŞ administrasiyasının nümayəndələri Rusiyaya səfər etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Florida ştatından olan respublikaçı üzvü Anna Paulina Luna TASS-a bildirib.
Luna Moskvaya ABŞ Konqresi üzvlərinin planlaşdırılan səfəri barədə danışarkən bildirib ki, səfərin bu ilin payızında və ya qışında baş tutacağını gözləyir.
Konqresmen qeyd edib ki, Rusiyaya səfər edəcək nümayəndə heyətində yalnız seçilmiş şəxslər deyil, həmçinin “administrasiyadan xüsusi olaraq hökumət rəsmiləri” də iştirak edəcək.
12:26 24.07.2026
Oxunuş sayı: 24