Pakistan ordusunun Baş Qərargah rəisi dördulduzlu general oldu
Pakistanın Baş naziri Şahbaz Şərif ordunun Baş Qərargah rəisi, general-leytenant Amir Rzanın dördulduzlu general rütbəsinə yüksəldildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Pakistan hökuməti bu barədə məlumat yayıb.
Məlumata görə, Amir Rza eyni zamanda Pakistanın Milli Strateji Komandanlığının Komandanı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Milli Strateji Komandanlıq ölkənin strateji qüvvələrinin, o cümlədən nüvə potensialının idarə olunmasına cavabdeh əsas hərbi strukturlardan biridir.
12:14 24.07.2026
Oxunuş sayı: 27