Rusiya Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırır
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan idxal olunan süd məhsullarında yoluxmuş heyvanlardan əldə edilən südün istifadə olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Rosselxoznadzor" bu barədə məlumat yayıb.
Qurumun məlumatına görə, iyulun 14–21-də Ermənistanın bir sıra süd emalı müəssisələrində aparılan yoxlamalar zamanı Rusiyaya göndərilən məhsulların istehsalında yoluxmuş heyvanlardan əldə edilən südün istifadə edildiyi müəyyən edilib.
Bununla əlaqədar "Rosselxoznadzor" Ermənistandan süd məhsullarının idxalını qadağan edib.
Qurum bildirib ki, məhdudiyyət Rusiya bazarına daxil olan məhsulların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunur.
12:08 24.07.2026
Oxunuş sayı: 167