Ukraynada temperatur kəskin yüksələcək
Ukraynada iyulun 27-də havanın temperaturunun Avropanın ən yüksək göstəricilərindən biri olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb
Ukraynalı sinoptik Vitali Postriqan bu barədə proqnoz xəritəsinə əsasən, həmin gün Ukraynada havanın Almaniya və qonşu Polşa ilə müqayisədə daha isti olacağını bildirib. Belə ki, Almaniya və Polşada temperaturun +19...+24 dərəcə olacağı proqnozlaşdırılır.
Sinoptik bildirib ki, isti hava uzun sürməyəcək. Onun sözlərinə görə, iyulun 28-də bölgəyə daxil olacaq siklon temperaturun enməsinə səbəb olacaq.
Vitali Postriqan qeyd edib ki, ilkin proqnozlara əsasən, iyulun sonunadək qeyri-sabit hava şəraiti, lokal xarakterli qısamüddətli yağışlar müşahidə olunacaq və güclü isti gözlənilmir.
Ekspert əlavə edib ki, avqust ayında yenidən isti hava dalğasının baş verməsi ehtimalı var və yay mövsümü iqlim normasından daha isti başa çata bilər.
11:54 24.07.2026
Oxunuş sayı: 24