Gürcüstanda elektrik enerjisinin verilişi tam bərpa olunub
Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi tam bərpa edilib. Hazırda baş vermiş qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Crossmedia.az xəbər verir ki, "Sputnik Gürcüstan" bu barədə məlumat yayıb.
Gürcüstan Dövlət Elektrik Sistemi bildirib ki, qəzanın səbəblərinin araşdırılması paralel şəkildə davam edir.
Qurum, həmçinin kütləvi informasiya vasitələrini yalnız rəsmi məlumatlara istinad etməyə və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırıb.
11:17 24.07.2026
Oxunuş sayı: 20