Kavelaşvili: Gürcüstanın xarici siyasəti milli maraqlara əsaslanır
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, ölkənin xarici siyasəti yalnız milli maraqlara əsaslanır və bütün dövlətlərlə qarşılıqlı etimad, hörmət və fayda prinsipləri əsasında əməkdaşlığa hazırdır.
Crossmedia.az xəbər verir ki, "Sputnik Gürcüstan" bu barədə məlumat yayıb.
Kavelaşvilinin sözlərinə görə, Gürcüstan başqa ölkələrə qarşı aqressiv siyasət yürütmür və əsas məqsədi öz milli maraqlarını qorumaqdır.
Prezident qeyd edib ki, hazırda dövlət vahid mövqedən çıxış edir və bu, Gürcüstanın beynəlxalq arenada öz mövqeyini daha aydın ifadə etməsinə imkan yaradır.
"Biz sınaqlardan keçdik və onlara tab gətirdik. Biz müstəqil, suveren və ləyaqətli dövlətik. Hər bir ölkə ilə bərabərhüquqlu münasibətlər formatında siyasət aparmağa hazırıq", – deyə Kavelaşvili bildirib.
11:13 24.07.2026
Oxunuş sayı: 26