Ukrayna Rusiyada raket istehsal edən zavoda zərbə endirib
Ukrayna Rusiyanın Kirov şəhərində yerləşən "Avitek" zavoduna pilotsuz uçuş aparatları ilə hücum edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, zavodda digər hərbi məhsullarla yanaşı, zenit idarəolunan raketlər də istehsal olunur.
Hücumun nəticələri və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
10:47 24.07.2026
Oxunuş sayı: 32