Aİ ABŞ-dən yeni rüsumlarla bağlı izahat tələb edəcək
Avropa İttifaqı(Aİ) ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumları ilə bağlı Vaşinqtondan rəsmi izahat istəyəcək.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, ABŞ-nin yeni tariflər tətbiq etməsi Brüssel üçün tam gözlənilməz olub.
Onun sözlərinə görə, Aİ ABŞ ilə əldə olunmuş razılaşmanın şərtlərinə əməl edib, buna görə də Vaşinqtonun həmin razılaşmaya riayət etməməsi xoşagəlməz sürpriz kimi qarşılanıb.
Kallas, həmçinin Aİ-nın məcburi əməyin qarşısının alınması sahəsində qanunvericiliyində boşluqlar olduğu barədə iddiaları əsassız adlandırıb.
10:52 24.07.2026
Oxunuş sayı: 38