ABŞ Rusiyaya qarşı sanksiyalarla bağlı səsvermənin tarixini açıqlayıb
ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini artıq gələn həftə səsverməyə çıxara bilər.
Crossmedia.az xəbər verir ki, "Axios" bu barədə məlumat yayıb.
Nəşrin müzakirələrin gedişi ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə, demokrat senatorlar respublikaçı həmkarlarına gələn həftə Rusiyaya qarşı sanksiyalar paketinin səsverməyə çıxarılmasına hazır olduqlarını bildiriblər.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın tələbi ilə qanun layihəsinə İrana qarşı tədbirlər də əlavə olunub və sənəd bu istiqamətdə yenidən işlənib.
Bununla yanaşı, demokratların bir hissəsi layihəyə etiraz edir. "Axios" yazır ki, narazılıq prezidentin ticarət rüsumlarının tətbiqi sahəsində səlahiyyətlərinin genişləndirilməsi ilə bağlıdır.
Bu səbəbdən bəzi qanunvericilərin qanun layihəsinin Senatda müzakirəsini uzatmağa cəhd göstərə biləcəyi qeyd olunur.
10:41 24.07.2026
Oxunuş sayı: 30